Dünya

İŞİD-dən "Əl Qaidə"yə savaş elanı: "Mürtədlər, köpəklər, kafirlər"

22 Oktyabr 2014 16:20
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İraq və Şam İslam Dövləti" (İŞİD) bu dəfə dünyanın ən təhlükəli terror qruplaşması sayılan "Əl Qaidə"yə müharibə elan edib.

İŞİD-in mətbuat katibi Şeyx əbu Məhəmməd əl Ədnani bu gün yaydığı bəyanatında "bütün dünya müsəlmanlarını "Əl Qaidə"yə qarşı birləşməyə" çağırıb.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, əl Ədnaninin bəyanatında deyilir: "Səlibçilərə qulluq edən, ABŞ və İsrailin buyruq qulu olan adamlar müsəlmanların irəliləyişinə mane olmaq, İslam Xilafətini dirçəltmələrinə yol verməməyə çalışır. Özünü "səlibçilərə qarşı vuruşan" təşkilat kimi göstərməyə çalışan, əslində isə yalançı və xəyanətkar olan "Əl Qaidə"ni tanımırıq, tanımaq da istəmirik. Çünki bu təşkilata mürtədlər, köpəklər, kafirlər başçılıq edir".
 

İŞİD-lə "Əl Qaidə" arasında yeni qarşıdurmaya səbəb "Əl Qaidə"nin lideri Əyman əl Zəvahiriyyənin çağırışıdır.

O, İŞİD-ə müraciət edərək terror qruplaşmasını yalnız İraq ərazisində fəaliyyət göstərməyə "dəvət" edib. "Əl Qaidə" liderinin fikrincə, Suriyada yalnız "Cəbhət əl Nüsrə" qruplaşması "Taqutla döyüşməlidir".
 

"Cəbhət əl Nüsrə" qruplaşması "Əl Qaidə"yə beyət andı içib və Əyman əl Zəvahirini də "ali əmir" sayır.
 

İŞİD Suriyada "Cəbhət əl Nüsrə" ilə qanlı döyüşlər aparmaqla yanaşı, bu qruplaşmanı "təkfirçi və xəvaric yığını" elan edib.
 

Bundan başqa, "Əl Qaidə"ni "mürtəd yığını" adlandıran İŞİD Pakistan, Yəmən, Əfqanıstan, Misir və s. müsəlman ölkələrinin hərbçilərini "kafir" elan edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.