Dünya

42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət

20 İyun 2017 11:37
3 Şərh     Baxış: 1 818

İngiltərənin paytaxtı Londonda iyunun 14-də tamamilə yanan və 79 nəfərin həyatını itirdiyi yüksəkmərtəbəli binada bir otaqda bir-birinə sarılmış halda 42 nəfərin cəsədi tapılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Reuters agentliyi bildirib.

Cəsədlərin yanğından qaçmağa çalışan, ancaq bunu bacara bilməyən və son ümid olaraq bir otağa toplanan bina sakinlərinə aid olduğu bildirilir. Ölənlərin çoxunun uşaq və qadınlar olduğu deyilir.

London polisi hadisə şahidlərinin bu iddiasını nə təsdiq, nə də təkzib edən bir açıqlama verməyib. Sual doğuran əsas məqam sözügedən 42 nəfərin 79 nəfərlik siyahıya aid olub-olmamasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    aea · 20 İyun 11:4130

    dəhşət..... Allah göstərməsin heç kimə belə faciəni....

    Cavab yaz
  • Anonim
    Nara · 20 İyun 11:4120

    allah qorusun.dehsetdi.son zamanlar yanginlar cox bas verir.

    Cavab yaz
  • Anonim
    maskovskı · 20 İyun 12:3610

    Bakını xatırlayın sızın kımı onlar hec uzulmemışdıler lap yaxsı olub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.