Dünya

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

20 İyun 2017 10:52
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir.

Milli.Az Trend-ə istinadn xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir:

"Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir".

Qeyd edək ki, ötən gün BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş Türkiyəni Qətər böhranı məsələsi üzrə balanslaşdırılmış siyasət yürütməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.