Dünya

Ermənistanın gizlətdiyi yaralı əsgər İrəvana aparıldı

19 İyun 2017 18:18
3 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan Xankəndindən İrəvanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovhannisyan bildirib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qayane Hovhannisyanın yaralanması ilə bağlı məlumatları gizlədərək onun adını yaralı əsgərlərin sırasında təqdim etmirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.