Melanie Gaydos. Dünyanın tanınmış modellərindən biri. 28 yaşı var. Ektodermal displaziya adlı nadir genetik xəstəliklə doğulub. Bu xəstəlikdən dolayı Melanienin nə dişləri var, nə də saçları. Uşaq vaxtı rəqslə və aktyorluqla məşğul olub. Ancaq model kimi fəaliyyət göstərəcəyi heç ağlına da gəlmir.
Melanie modelliyə başladıqdan 6 ay sonra insanların artıq ona hörmət etdiyini deyib. O, moda sənayesində də məhz bu özünəxas özəlliyi ilə daha çox tanınır. Ona dəfələrlə diş düzəltdirmək və parik taxmaq təklif olunsa da, buna razı olmayıb. Moda sənayesi də Melanieni elə bu cür qəbul edib.
Melanienin instagramda 122 min izləyicisi var və paylaşdığı hər foto heyranlıqla qarşılanır.
Milli.Az lent.az-a istinadən Melanie Gaydosun fotolarını təqdim edir.
Milli.Az