Dünya

Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi

19 İyun 2017 11:36
1 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb. 

Polis əməkdaşı Jan-Mark Droqe deyib ki, Renna polisi bir il ərzində bu qrupun fəaliyyəini araşdırıb: "Həmin cinayətkarlar fahişələri silahla qorxudaraq, onları pul ödəməyə məcbur ediblər. 14 nəfərlik qruplaşma artıq məhkəmə qarşısına çıxarılıb. Onların 8-i xüsusi təhlükəli cinayətkarlardır. Qruplaşma üzvlərinin hamısı kişilərdir. Onların yaşı təxminən 30 civarındadır. Bu cinayətkar qrup suteneyorluqla yanaşı, müxtəlif mafioz işlərlə də məşğul olub. Bu qrup fahişələri elə qorxudub ki, onlar başlarına gələnləri polisə deməkdən də çəkiniblər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.