Dünya

Papa onlar üçün dua etməyə çağırdı

18 İyun 2017 17:57
0 Şərh     Baxış: 402

Roma Papası Fransisk insanları Portuqaliyadakı meşə yanğınları zamanı həlak olanların ruhuna dua oxumağa çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Papa bunu Vatikandakı Müqəddəs Pyotr meydanında çıxışı zamanı deyib.

"Yanğın zamanı həlak olanlarla bağlı əziz Portuqaliya xalqına dərin başsağlığımı çatdırıram", - Papa bildirib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqan Qrandi əyalətindəki meşə yanğınları zamanı 57 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.