Dünya

Əfqanıstanda polis idarəsinə HÜCUM: Ölənlər və yaralananlar var

18 İyun 2017 09:30
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın şərqindəki Paktiya vilayətində 5 terrorçu kamikadze polis idarəsinə hücum edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Tolo News" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, onlardan biri özünü polis idarəsinin yaxınlığındakı dayanacaqda partladıb. Digərləri isə idarəyə soxulmağa cəhd ediblər.

Atışma zamanı onlardan üçü öldürülüb. Lakin təhlükəsizlik qüvvələri ilə atışma hələ davam edir.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hücum zamanı iki polis əməkdaşı həlak olub. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

"Pajvak" agentliyi isə hücum zamanı 4 nəfərin həlak olduğunu, 25 yaralının olduğunu xəbər verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.