Dünya

Türkiyədə 2 hərbçi həlak olub

17 İyun 2017 19:44
1 Şərh     Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hakkari əyələtində, Çukurca rayonunda partlayıcı qurğunun partlaması nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 7-si isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış bombanın zərərsizləşdirilməsi zamanı baş verib.

Bundan əlavə qeyd edilir ki, əməliyyat çərçivəsində 5 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.