Dünya

Prokurorun qətlinə görə 30 nəfər ölüm cəzası aldı - FOTO

17 İyun 2017 19:24
0 Şərh     Baxış: 715

Qəhirədə məhkəmə 30 nəfəri Misirin keçmiş Baş prokurorunun qətlində təqsirləndirərək, onları ölüm cəzasına məhkum edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Hişam Bərəkət 2015-ci ilin iyun ayında avtomobil partlayışı hücumunda öldürülüb.

O, son illərdə ölkədə silahlı qruplar tərəfindən öldürülən ən yüksək vəzifəli rəsmidir.

2013-cü ildə Müsəlman Qardaşları hökumətinin devrilməsindən sonra cənab Bərəkət təşkilata üzv olan minlərlə insanı ittihamlarla məhkəmələrə göndərmişdi.

Qadağan edilən qrupun yüzlərlə üzvü ölüm cəzası və ya ömürlük həbs cəzasına məhkum edilib.

Misir qətlin arxasında Müsəlman Qardaşları və Qəzzadakı Həməs silahlı qrupunun olduğunu iddia edir. Lakin hər iki təşkilat bu iddiaları təkzib edir.

Misir Daxili İşlər Nazirliyinin keçən il dərc etdiyi videolarda bir neçə şəxs Qəzzada Həməsdən təlim aldıqdan sonra qətli yerinə yetirdiklərini etiraf edib. Bundan sonra bu şəxslərin bir qismi sözlərini geri götürərək cinayəti işgəncə altında etiraf etməyə məcbur edildiklərini deyiblər.

Məhkəmənin tövsiyəsi artıq Misirin ən yüksək dini lideri baş müftiyə göndəriləcək.

Misirdə bütün ölüm cəzaları hökmləri baş müfti tərəfindən təsdiqlənməlidir. Lakin baş müfti təsdiqlədiyi hökmlərə qarşı da apelyasiya şikayəti etməyə imkan var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.