Dünya

Xanım nazirə hücum edən şəxs saxlanıldı

17 İyun 2017 15:52
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa polisi sabiq ekologiya və energetika naziri xanım Natali Kosçyuşko-Morize hücum edən şəxsi saxlayıb.

Qafqazinfo xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Xatırladaq ki, insident paytaxt Parisin 5-ci dairəsində baş verib. Hadisə zamanı "Respublikaçılar" partiyasının namizədi təbliğat aparırdı.

Naməlum kişi ona yaxınlaşaraq əvvəl təhqir edib, daha sonra isə vurmaq istəyib. Yerə yıxılan xanım namizədin başı daşa dəydi. O, həkimlər gələnədək bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb. Natali Kosçyuşko-Morize xəstəxanaya yerləşdirilib.

Agentliyin məlumatına görə, şübhəli şəxs şənbə günü səhər saxlanılıb. O, dövlət qulluqçusuna qarşı zorakılıqda ittiham olunur.

Qeyd edək ki, Parlament seçkilərinin ilk turu bazar günü, iyunun 11-də baş tutub. Kosçyuşko-Morize iyunun 18-də keçiriləcək ikinci turda iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.