Dünya

Qətərə daha bir zərbə

17 İyun 2017 14:10
0 Şərh     Baxış: 985

Qətərə daha bir zərbə "Twitter" şəbəkəsindən gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Twitter" Qətərin "Əl-Cəzirə" telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.

"Twitter"-dən bununla bağlı, hələ ki, rəsmi açıqlama gəlməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.