Dünya

Trampın 315 milyon dollar borcu var

17 İyun 2017 13:47
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc edilib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, 98 səhifəlik sənədə əsasən Tramp Vaşinqtondakı oteldən 19,7 milyon dollar, Florida ştatındakı "Mar-a-Laqo" kurortundan 37,2 milyon, Nyu-Cersi ştatındakı qolf-klubdan 19,8 milyon dollar gəlir götürüb.

Sənəddə Trampın ümumilikdə 565 müxtəlif kompaniya və təşkilatdan 288 milyon dollar gəlir əldə etdiyi göstərilir. Tramp deklarasiyada 2016-cı ilin yanvarından bu ilin bahar aylarına qədər ümumilikdə aktivlər üzrə 1,4 milyard dolları, gəlirlər üzrə isə 598 milyon dolları qeyd edib. Prezidentin borc öhdəlikləri təxminən 315 milyon dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.