Dünya

Gəlinlik 9 nəfəri xəstəxanalıq etdi - FOTO

17 İyun 2017 12:21
0 Şərh     Baxış: 2 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Muğla rayonunda bir gəlinlik mağazasına qoyulan paketdən yayılan qoxu 9 adamın zəhərlənməsinə gətirib çıxarıb. 

Milli.Az NTV-yə istinadən xəbər verir ki, işçilərin bu qoxudan halı pisləşincə təcili yardım briqadası çağırılıb. Ancaq həmin qoxu səhiyyə işçilərinə də təsir edib.
Qusma, mədə bulanması və göz yanması şikayətiylə 9 adam xəstəxanaya çatdırılıb.
Hadisə yerinə UMKE (Milli Səhiyyə Xilasetmə Dəstəsi) və kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) qrupları göndərilib.

Muğla rayon Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi əməkdaşları paketi gözəllik salonuna təhvil verən yük şirkəti səlahiyyətliləri ilə görüşdən sonra qoxunun sirrini açıblar. Məlum olub ki, İzmirdəki bir firma tərəfindən bir həkimə göndərilən, içində 1 litrə qədər formaldehid adlı kimyəvi maddə olan şüşə daşınma zamanı qırılıb gəlinliyin üzərinə tökülüb. Farmaldehit adlı kimyəvi maddənin tənəffüs prosesi zamanı ağciyərlərə dolması ölümlə də nəticələnə bilər.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.