Dünya

Pentaqonun məlumatlarını o oğurlayıb - İngilis haker etiraf etdi

16 İyun 2017 19:05
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis haker Sean Kafri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumat bazasına etdiyi kiber hücumu etiraf edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı haker Birminqem Məhkəməsində hakim qarşısına çıxarılıb.

Kafri 2014-cü ildə Pentaqonun peyk sistemlərində 800-dən çox istifadəçisinin, həmçinin 30 min telefonun məlumatlarını ələ keçirdiyini etiraf edib. Kiber hücum nəticəsində Pentaqona 500 min funt sterlinq ziyan dəydiyi bildirilir.

Ona veriləcək cəzanın avqustda elan olunması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.