Dünya

Londonda binanın yanması nəticəsində ölənlərin sayı 70-ə çatdı - YENİLƏNİB

16 İyun 2017 20:46
0 Şərh     Baxış: 2 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:46

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində təqribən 70 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə "Sky News" məlumat verib.

Bundan əvvəl yanğın nəticəsində 41 nəfərin itkin düşdüyü bildirilirdi. Məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.  

Xatırladaq ki, Londonda 24 mərtəbəli "Grenfell Tower"də yanğın iyunun 14-nə keçən gecə baş verib.

-----------

17:38

Londonda 24 mərtəbəli yanması nəticəsində ölənlərin sayı 30-a çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər polisinin nümayəndəsi Stüart Kandi bildirib. O deyib ki, xəstəxanalarda olan daha 12 nəfərin vəziyyəti ağırdır. Xəstəxanalarda ümumilikdə 24 nəfər müalicə alır.
 
BBC-nin məlumatına görə, hadisə nəticəsində 76 nəfər itkin düşüb.
 
Xatırladaq ki, Londonda 24 mərtəbəli "Grenfel Tower"də yanğın iyunun 14-nə keçən gecə baş verib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.