Dünya

Neft erası başa çatır? - İsraildə alternativ neft icad etdilər

16 İyun 2017 17:37
2 Şərh     Baxış: 2 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail alimləri su və karbon qazından alternativ neft hazırlayıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, alimlər bildiriblər ki, "yaşıl yanacaq" neft hasilatı və emalından daha ucuz başa gəlir. Bununla yanaşı alternativ neftin istehsalı qlobal iqtisadiyyata da müsbət təsir göstərəcək.

Ben-Qurion universitetinin alimləri tədqiqat vaxtı təkcə neft alternativi yox, həm də ekoloji cəhətdən sərfəli yanacaq kəşf etmək tapşırığı ilə hərəkət etmişdilər. Eyni zamanda yeni yanacaq dünyanın iqliminə müsbət təsir göstərməli idi.

Yəqin bu səbəbdən alimlər planetdə ən geniş yayılmış elementlərdən - su və karbon qazından istifadə ediblər. "İsrail strateji alternativ enerji" fondu onların bu ideyasını dəstəkləyir. Fond alimlərə külli miqdarda vəsait ayırır.

Yeni alternativ neft belə alınır: Sudan hidrogen qazı ayrılır, sonra isə onu karbon dioksidlə qarışdırırlar. Sonra isə məhlul xüsusi reaktora əlavə edilir və nano katalizator işə başlayır. Nəticədə enerjidaşıyıcısı olan maye və qaz əldə edilir.

Universitetin professoru Moti Qerşkoviç fəxrlə deyir: "İndi biz rəqabət gücü olan enerji istehsal edə bilərik. Bu istehsal heç bir xərc tələb etmir. Əvəzində isə yüksək keyfiyyətli məhsul əldə edirik.

Əldə edilən yanacaq avtomobil və təyyarələrdə artıq sınaqdan keçirilib. Universitet artıq patent əldə etmək üçün lazımi sənədləri uyğun instansiyalara göndərib. İsrail mütəxəssisləri sənaye miqyasında bu ixtiranı 5 ildən sonra həyata keçirmək niyyətindədirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.