Dünya

Çin Suriyada gedən müharibəyə qoşula bilər

16 İyun 2017 17:10
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünyanın ən böyük qüvvələri Suriya münaqişəsinə cəlb edilib. 2014-cü ilin əvvəlində ABŞ mütəffiqləri ilə birlikdə İŞİD terrorçularının mövqelərini bombalamağa başlayıb. 

Suriyada gedən müharibəyə qoşulan növbəti ölkə Çin ola bilər. 

Milli.Az interaz-a istinadən xəbər verir ki, Çinin müharibədə iştirakı ilə bağlı "3mv.ru"nun suallarını beynəlxalq politoloq, Tsinghua universitetinin müəllimi Zhanq Xiaoqinq cavablandırıb. 

ABŞ-Çin əməkdaşlığı barəsində danışan politoloq bunun hazırda qeyri-adi səslənsə də, Suriyada sülhün təmin edilməsi ilə nəticələnəcəyini hesab edir. Onun sözlərinə görə, Çin əməliyyatlara qoşulmağa hazırdır: "Daha doğrusu, bu başqa bir cəbhənin açılmağıdır."

Rusiya ilə birgə əməliyyatlarda iştiraka gəldikdə Zhanq Xiaoqinq buna "Bəli, biz bu olmadan edə bilmərik. Çin hər zaman Rusiya ilə yaxşı əlaqədə olub. Bununla, Çin ABŞ və Rusiyanı yaxınlaşdıra bilər. Amma indi bu haqda danışmaq tezdir. Ölkələrin bir çox narazılıqları var və onların hər birinin Suriya və İraqdakı problemin həllində öz yolu olduğu görünür. Çin rəhbərliyi optimal taktikaları inkişaf etdirir. Mən düşünürəm ki, Çin Suriya və ola bilər ki, hətta İraqdakı terrorçulara qarşı əməliyyat həyata keçirə bilər", - deyə cavab verib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.