Dünya

İtaliyada nəqliyyat sistemi iflic oldu - TƏTİLLƏR

16 İyun 2017 14:27
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib. Belə ki, yerli "Alitalia" avişirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub.

24 saatlıq tətil bütün növ ictimai nəqliyyat - metro, yerüstü nəqliyyat, eləcə də dəmir yollarına şamil edilib.

Qeyd olunur ki, bu sahənin həmkarlar ittifaqları sərnişindaşıma sektorunun özəlləşdirilməsi və liberallaşdırılması planlarına etiraz olaraq tətil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.