Dünya

ABŞ konsulluğu önündə "Özümü parladacağam" deyən tutuldu

15 İyun 2017 23:11
0 Şərh     Baxış: 485

ABŞ-ın İstanbuldakı konsulluğu qarşısında üzərində olan partlayıcı qurğunu işə salacağını qışqıran kişi saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda yerli polis xəbər verib.

Məlumata görə, türkiyə polisi artıq şəxsi saxlayıb. Onun yaxın şərq ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.

Hazırda ABŞ konsulluğu ətrafındakı vəziyyət nəzarətə götürülüb. Saxlanılanın üzərində bombanın olub-olmadığı barədə məlumat hələ təsdiqlənməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.