Dünya

Malayziyada radarlardan itmiş hərbi təyyarə qəzaya uğrayıb

15 İyun 2017 19:41
0 Şərh     Baxış: 490

Malayziyada radarlardan itmiş Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə "Straits Times" nəşri məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Hawk-108" qırıcısı Kuantan aviabazasından 51 kilometr kənarda qəzaya uğrayıb. Təyyarənin hər iki heyət üzvü həlak olub.

Əvvəlki məlumatlarda bildirilirdi ki, təyyarə aviabazadan havaya qalxdıqdan 30 dəqiqə sonra Pahanq və Terenqqanu ştatlarının sərhədində onunla əlaqə kəsilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.