Dünya

Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...

15 İyun 2017 13:54
5 Şərh     Baxış: 6 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş" "Real"ın ulduzu Kərim Benzemanı heyətinə qatır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu "Beşiktaş"ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.

Bildirilir ki, "Beşiktaş" Benzemanı iki illik icarəyə götürmək istəyir. Hər hansı problem çıxmasa, futbolçu yaxın günlərdə İstanbula gələrək müqavilə imzalayacaq.

Qeyd edək ki, "Real" Benzemanı 2009-cü ildə "Lion"dan 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.