Dünya

İranda xüsusi əməliyyat: 3 silahlı məhv edilib, 5-i yaxalanıb

14 İyun 2017 22:10
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.