Dünya

San-Fransiskoda silahlı insident: ölənlər və yaralananlar var - YENİLƏNİB

14 İyun 2017 22:46
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:46

ABŞ-ın San-Fransisko şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "UPS" poçt şirkətinin yerləşdiyi ərazidə qeydə alınıb.

Məlumata görə, atəş şirkətin əməkdaşı tərəfindən açılıb. Bundan əvvəl atəş açan şəxsin polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

---------

22:00

ABŞ-ın San-Fransisko şəhərində baş verən silahlı insident nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "KRON" telekanalı məlumat verib.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb. O, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisə "United Parcel Service" poçt şirkətinin yaxınlığında qeydə alınıb.
 
İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

----------

21:27

ABŞ-ın San-Fransisko şəhərində silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "United Parcel Service" poçt şirkətinin yaxınlığında qeydə alınıb.

Naməlum şəxs odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb. Cinayətkarın polis tərəfindən saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.