Dünya

Keçmiş millət vəkilinin qızını öldürüb gölə atdılar - FOTO

14 İyun 2017 10:11
0 Şərh     Baxış: 2 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynaya diş həkimliyi təhsili almaq üçün gedən Türkiyə əsilli Bolqarıstan vətəndaşı Ela Dişlinin cəsədi tapılıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin 31 may tarixində itən keçmiş Haqq və Azadlıqlar Hərəkatı Partiyasının (HÖH) millət vəkili Zeya Dişlinin qızı olan 24 yaşlı Elanın cəsədi İvano-Frankivsk şəhərindən kənarda bir göldən tapılıb. Hadisə ilə əlaqədar olaraq Elanın 29 yaşlı Türkmənistan əsilli sevgilisi nəzarətə götürülüb.

İlk araşdırmalara görə, Dişlinin döyülərək öldürüldüyü təxmin edilir. Həmin universitetdə tələbə yoldaşı olan əcnəbi əsilli oğlanın Elanı yaşadığı mənzildə öldürdükdən sonra çamadana qoyaraq şəhər kənarındakı gölə atdığı iddia edilir.

Universitetin 4-cü kursunun tələbəsi Elanın ölüm səbəbi cəsədinin yarılmasından sonra müəyyən olacaq.

 Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.