Dünya

Vaşinqton və Merilend ştatlarının baş prokurorları Trampa qarşı iddia qaldırıb

12 İyun 2017 22:30
1 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Trampa qarşı iddia qaldıraraq biznes əlaqələrini kəsməməklə ölkə Konstitusiyasını pozmaqda ittiham ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iddia Merilend ştatının məhkəməsinə verilib.

Baş prokurorlar Karl Rasin və Brayan Froş bəyan ediblər ki, Tramp əmlak və maliyyə əməliyyatlarında iştirak edir və dolayısı ilə işgüzar fəaliyyətdədir. Onların qənaətinə görə, Trampın fəaliyyəti ABŞ Konstitusiyasına uyğun olaraq maraqların toqquşması kimi tanına bilər.
 
"Washington Post" qəzetinin yazdığına görə isə, prokurorlar Trampı Konstitusiyanın korrupsiyaya qarşı maddələrini pozmaqda şübhəli bilirlər. Onların qənaətinə görə, Tramp prezident postuna yiyələndikdən sonra xarici dövlətlərdən milyonlarla gəlir əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.