İranda İŞİD bayrağını daşıyan 4 silahlı şəxs polislə atışmada öldürülüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu şəxslərdən ikisi əcnəbi olub.
Hadisə iyunun 11-də İranın Hörmuzqan əyalətində baş verib. Öldürülmüş İŞİD-çilərdən 4 ədəd silah, 112 ədəd güllə, xeyli sayda partlayıcı maddə və bayraq müsadirə olunub.
Terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.
Milli.Az