Dünya

Türkiyə ilə Aİ arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır

12 İyun 2017 12:19
0 Şərh     Baxış: 664

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Gömrük və Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, tərəflər arasında danışıqlar iyunun 13-ü Brüsseldə başlayacaq.

Nazirlikdən bildirilib ki, gömrük sazişinin yenilənməsi Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmadan onunla gömrük ittifaqına qoşulan yeganə ölkədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.