Dünya

Tehranda terror aktları ilə bağlı 8 nəfər saxlanıldı

10 İyun 2017 13:40
1 Şərh     Baxış: 624

İranda hüquq-mühafizə orqanları tərəfindən Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şübhəlilər Elburs əyalətində saxlanılıb.

İran Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar terrorçulara dəstək verməkdə şübhəli bilinirlər.

Bu günədək saxlanılanların sayı 41 nəfərə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ahu · 10 İyun 14:1900

    Indice 1 xeber diqqetimi cekdi.iran tirlari . Garabagda ne geldi dasiyir.goresen onlar ne sulenir orda.dehsetdi yeqin torpaqlarimizdaki servetlere onlar da tamah salmaga basdiyib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.