Dünya

Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək

6 İyun 2017 14:45
1 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milliyet" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı məhkəməyə verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Doğan" agentliyinə təcrübəli jurnalistin özü bildirib.

O, təyyarədə Arda tərəfindən hücuma məruz qalaraq, təhqir olunduğunu açıqlayıb. Hazırda yığmanın düşərgəsində olan Meşe İstanbula qayıtdıqdan sonra prokurorluğa müraciət edəcəyini söyləyib: "Arda məni, ailəmi, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören və milli komandanın baş məşqçisi Fatih Terimi təhqir edib. 15 şahidim var. Qayıdan kimi prokurorluğa şikayət edəcəyəm".

Qeyd edək ki, Arda Turan Bilal Meşeyə onu 2016-cı il Avropa çempionatında mükafat üstündə federasiya ilə münaqişəyə girmələri xəbəri ilə əlaqədar ailəsini təhqir etdiyini əsas gətirərək, irad tutub. Lakin idman yazarı heç vaxt belə fikirlər səsləndirmədiyini bildirib. Hələlik federasiya rəhbərliyi və baş məşqçinin mövqeyi məlum deyil. Bu gün açıqlanacaq qərarla Ardanın yığmadan kənarlaşdırılacağı bildirilir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.