Dünya

Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini blokladı

6 İyun 2017 12:18
0 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya bu il Avropa Şurasına ayırmalı olduğu və AŞ-in Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini bloklayıb. Bu isə təxminən 11 milyon avro deməkdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Avropa Şurasına ianə bir qayda olaraq bölünməzdir və AŞPA, Nazirlər Komitəsi, Yerli və Regional Hökumətlər Konqresi və Avropa İnsan Haqları Məhkəməsinə ümumi ödənişi nəzərdə tutur, məbləğ isə 40 milyon avro təşkil edir.

Qeyd edək ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında Ukrayna hadisələri və Krım ətrafındakı vəziyyətlə əlaqədar əsas səlahiyyətlərindən məhrum edilib. Rusiya səs vermək, eləcə də Assambleyanın rəhbər orqanlarının işində və onun AŞ məkanında seçkiləri müşahidə üzrə monitorinq missiyasında iştirak etmək hüququndan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.