Dünya

"Arvad"ı ilə hamamda lüt tutdu: "Pul versən, bağışlayarıq"

31 May 2017 20:03
4 Şərh     Baxış: 5 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzmirdə 2 fərqli cinayət dəstəsi baş verib. "Qaraladıqları"  2 şəxsi aldatmaq üçün film kimi ssenari hazırlayıblar. Pul qarşılığında ələ alınan 2 qadın cinayət təşkilatlarının hədəfindəki 70 yaşlı mağaza sahibi K.K. ilə 51 yaşlı əmlakçı İ.S.-yə tələ qurublar.

İlk hadisə də Buca mahalında meydana gəlib. İddiaya görə, cinayət təşkilatı mağaza işlədən 70 yaşlı K.K.-nı hədəf alıb. Cinayətkar qruplaşmanın pul qarşılığında razılaşdığı 25 yaşlı Z.A. adlı qadın mağazaya gedib K.K. ilə tanış olaraq onu evinə dəvət edib.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, gənc qadının dəvətini qəbul edən K.K. ona verilən ünvana gedib. İddiaya görə, K.K. evdə əlaqədən əvvəl duşa girib. Bu an evə gələn dəstə üzvü E. Ç və A.A. 2 qadın ilə yaşlı sahibkarı hamamda çılpaq tutublar. Özünü Z.A.-nın həyat yoldaşı olaraq təqdim edən E.Ç: "Yoldaşımla nə edirdin?" , - deyərək K.K.-nı ölümlə təhdid edib. Bu məqamda A.A. "Yaxşı pul versən, evdən çıxmağına kömək edərəm", - deyib.

Bundan sonra K.K., E. Ç. və A.A.-ya 5 min lirəlik sənəd verib. Sərbəst buraxılan K.K. polisə müraciət edib. Polis təşkil etdiyi əməliyyatda K.K.-ya tələ quran üç qadını saxlayıb. E. Ç. və A.A.-nın isə axtarıldığı bildirilir.

İkinci hadisədə isə başqa 51 yaşlı əmlakçı İ.S.-nı aldatmaq üçün 40 yaşlı N.A. adlı qadını iş yerinə göndəriblər. N.A. ev icarəyə götürmək bəhanəsi ilə tanış olduğu İ.S.-nı evinə dəvət edib. İ.S.-nin getdiyi evə sonradan gələn C.C. adlı cinayətkar özünü N.A.-nın həyat yoldaşı, H.E. adlı şəxs isə qardaşı olaraq təqdim ediblər. Çılpaq olaraq tutulan İ.S.-ni təhdid edən C.C. və H.E. "Namusumuza göz qoydun, ancaq bizə pul versən, səni bağışlayarıq", - deyib. Bundan sonra İ.S. 10 min lirə verib. Cinayətkar qrup İ.S.-ni Kemalpaşa Mahalında bir bağ evinə aparmaq üçün avtomobilə mindirib. Avtomobil hərəkətdə ikən şüşədən tullanaraq xilas olan İ.S. polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində C.C., H.E. və N.A. saxlanılıb. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.