Dünya

Mərkəzi Bankdan 11 milyon oğurlandı - Rusiyada

30 May 2017 12:30
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb.

Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub.
Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.