Dünya

Moskvada qasırğa: ölü sayı 16-ya çatdı - YENİLƏNİB - VİDEO

30 May 2017 14:09
10 Şərh     Baxış: 3 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:09

Moskvada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı artır. 

Milli.A azvision.az-a istinadən xəbər verir ki, Rusiya Tədqiqat Komitəsinin yaydığı son məlumata görə, güclü qasırğa 16 nəfərin ölümünə səbəb olub.

Yaralıların sayının dəqiqləşdirildiyi bildirilir. Ölü sayının artacağı istisna edilmir.

-----------

11:16

Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.

Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.

----------

10:12

Moskvada təqribən 150 nəfər qasırğa səbəbindən xəstəxanalara yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olduğunu deyib.

O, ümumilikdə 168 nəfərin tibbi yardıma müraciət etdiyini bildirib: "Təəssüf ki, Moskvada ölənlərin sayı 11 nəfərdir".

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Moskvada qasırğa: ölü sayı 16-ya çatdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.