Dünya

Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

29 May 2017 23:29
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəməndə vəba epidemiyası 500 nəfərin həyatına son qoyub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb. "Ölənlərin sayı 2016-ci ilin oktyabrı 2017-ci ilin martı dövrü ilə müqayisədə dörd dəfə artıb", deyə T.Yazareviç bildirib.
 
Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.