Dünya

Dünyanın ən bahalı şirkətlərinin yeni REYTİNQİ

29 May 2017 14:18
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Forbes" məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib. 

Jurnalın araşdırmasına görə,  bu il qiymətini nisbi olaraq ən çox artıran markalar "Amazon", "Facebook" və "Starbucks", ən çox itirən isə "IBM", "HSBC" və "Caterpillar" olub. 

Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın "Apple" şirkətidir. İkinci sırada "Google" (101,8 mlrd. dollar), üçüncü sırada isə "Microsoft" (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 mlrd. dollar) qərarlaşıb.

ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.