Dünya

Kişi və üç azyaşlı oğlu faciəvi şəkildə öldü - Rusiyada

29 May 2017 10:07
2 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tümen vilayətində bir kişi və üç uşaq yanğının qurbanı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi regional Baş İdarəsindən bildirilib ki, hadisə mayın 29-na keçən gecə baş verib.
 
Fərdi evdə baş vermiş yanğının söndürülməsinə 23 yanğınsöndürən, 11 maşın cəlb edilib.
 
Yanğınsöndürənlər bir qadını xilas edərək təcili yardıma çatdırıblar.
 
1984-cü il təvəllüdlü ailə başçısı, 2014-cü il təvəllüdlü bir, 2016-cı il təvəllüdlü iki oğlu isə yanğında ölüb.  
Yanğının başvermə səbəbləri sırasında əsasən siqaret çəkən zaman ehtiyatsızlıq və elektrik  avadanlıqlarının nasazlığı versiyaları üzərində işlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.