Dünya

Kann kinofestivalı: ən yaxşılar seçildi - FOTO - YENİLƏNİB

28 May 2017 22:44
0 Şərh     Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:44

70-ci Kann beynəlxalq kinofestivalında "Qızıl palma budağı"ndan sonra ikinci ödül sayılan Qran-Pri mükafatına fransız kinorejissor Robin Kampiyonun "120 Battements Par Minute" ("Dəqiqədə 120 zərbə") filmi layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyasında Yorqos Lantimosun "Müqəddəs maralı öldürməli" və Linn Remsini "Sən heç zaman burada olmamısan" filmləri qalib gəliblər.

Kinofestivalın xüsusi mükafatını aktrisa Nikol Kildman alıb.

Ən yaxşı rejissor debütünə görə "Qızıl kamera" nominasiyasında qalib "Gənc qadın" filminə görə Leonor Seray olub.

Builki, 70-ci kinofestivalın münsiflər heyətinə ispan kinorejissor Pedro Almodovar rəhbərlik edirdi. Münsiflər heyətində alman rejissor Maren Ade, amerikalı aktyorlar Cessika Çesteyn və Uill Smit, çinli aktrisa Fan Binbin, fransız aktrisa Anyes Jaui, Cənubi Koreyadan olan rejissor Pak Çhan Uk, italyan rejissor Paolo Sorrentino və fransız bəstəkar Qabriel Yared varlı.

22:37

Fransanın Kann şəhərində keçirilən 70-ci beynəlxalq kinofestival bu günü başa çatır.

Milli.Az European-a istinadən bildirir ki, festivalın baş mükafatı olan "Qızıl palma budağı"na isveçli kinorejissor Ruben Estlundun "The Square" ("Kvadrat") filmi layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında Diana Krüger, "Ən yaxşı aktyor" nominasiyasında isə Xoakin Feniks qalib sayılıb. Sofiya Koppola isə "The Beguiled" filminə görə "Ən yaxşı rejissor"mükafatını alıb.

Rusiyalı kinorejissor Andrey Zvagintsevin "Loveless" filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.