Dünya

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

26 May 2017 21:10
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs məhkəmənin qərarı ilə  həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudovun həbsini tələb edib.

Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşlarından ibarət qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.