Dünya

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:51
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Böyük Britaniyanın "Guardian" qəzetinin müxbiri Ben Ceykobsu döyən respublikaçı Qreq Cianforta qarşı ittiham irəli sürülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, insident Konqresin aşağı palatasına namizəd Cianfortun Montana ştatındakı mənzil-qərargahında baş verib. Zərərçəkənin sözlərinə görə, namizədə sual verməyə cəhd göstərib. O isə cavabdan boyun qaçırıb və müxbirə hücuma edib.

Qarşıdurmanın qəzetdə dərc olunmuş audioyazısından məlum olur ki, siyasətçi Ceykobsdan sualı başqa vaxt verməsini, yaxud qərargahın əməkdaşına müraciət etməsini xahiş edir. Lakin jurnalist təkidlə ondan cavab istəyir. Sonra süpürüşmə səsləri və Cianfortun qışqırığı eşidilir: Sən məni bezdirdin. Buradan rədd ol get.

Hadisənin şahidi olan "Fox News"un müxbiri Alisiya Akunanın dediyinə görə, Cianfort Ceykobsun boynundan ikiəlli yapışaraq, onu yerə yıxıb. Sonra jurnalistə zərbələr endirib və onun eynəyini sındırıb.

Siyasətçiyə yüngül bədən xəsarətləri yetirmək ittihamı irəli sürülüb. Bu maddəyə görə, maksimum cəza 500 dollar cərimə və altı ay azadlıqdan məhrum edilməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.