Dünya

Bitkoinin qiyməti 2700 dollara çatdı

25 May 2017 16:34
0 Şərh     Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitkoin virtual kriptovalyutanın qiyməti bugünkü birja hərracları zamanı 2 700 ABŞ dollarına yüksələrək yeni rekord səviyyəyə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb getdikcə daha çox şirkətin bitkoinlə işləməyə hazır olmasını bildirməsidir. Belə ki, Yaponiyanın "PeachAviation" aviaşirkəti tezliklə bitkoin vasitəsilə bilet sata biləcəyini açıqlayıb.

Kriptovalyutaya tələb investorların siyasi risklərdən uzaq qalmaq istəməsi ilə yüksəlir. Qeyd edək ki, hazırda bitkoinə ən böyük tələb Yaponiyadan gəlir. Baxmayaraq ki, yapon yeni onsuz da maliyyə bazarlarında risksiz valyuta sayılır.

Xatırladaq ki, 7 il əvvəl 5 dollarlıq bitkoin alan insan hazırda onu 4,4 mln. dollara sata bilər. İlin əvvəlindən isə bitkoinin qiyməti 1 700 dollar və ya 2,8 dəfə artım göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.