Dünya

Mançesterdə terror aktı törədən şəxsin atası saxlanılıb

24 May 2017 22:28
0 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mançesterdə terror aktı törədən Salman Abedinin atası saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.

Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.  Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.
 
Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb. Mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.