Dünya

İngiltərə təyyarəsi təcili eniş etdi - Stüardessalar huşunu itirib

24 May 2017 19:03
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın çarter aviaşirkəti "Thomson Airways"ə məxsus təyyarə ABŞ-da təcili eniş etməli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb iki stüardessanın huşunu itirməsi olub.

Nəşrin məlumatına görə, hadisə mayın 21-də olub.

Qeyd olunur ki, göyərtəsində 345 sərnişin olan təyyarə Orlando şəhərindən İngiltərənin Bristol şəhərinə uçmalı imiş. Lakin bir neçə dəqiqə sonra stüardessalar yerə yıxılıb, pilot və 14 sərnişin isə özünü pis hiss edib. İlkin məlumatlara görə, bu, zəhərli qaza görə baş verib. 

İnsident nəticəsində təyyarə hava limanına qayıdıb. Tibb işçiləri zərər görənlərin nəfəsalma prosesini normallaşdırmaq üçün onlara oksigen maskaları taxıblar. 

Bundan başqa, 5 nəfər müayinə üçün xəstəxanaya, digər sərnişinlər isə hotellərə yerləşdiriliblər. Onlar növbəti gün Bristola uçublar.

"Thomson Airways" insidentlə bağlı araşdırmalara başlayıb. 

Hadisənin dəqiq baş vermə səbəbi hələ ki, məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.