Dünya

Ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi

24 May 2017 17:20
8 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk-ün heykəlini vandalizmə məruz qoyanı kütlə linç etməyə çalışıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu haqda "The Times" qəzeti yazır. Bir nəfər Türkiyənin qərbində yerləşən Sakarya şəhərində Atatürkün heykəlinə baltayla hücum edəndən sonra üstünə benzin töküb. Hadisə bazar ertəsi baş verib. Şahidlər həmin şəxsin ərəbcə danışdığını söyləyir. Bundan qəzəblənən əhali ona hücum çəkib, polis idarəsinə aparılanda da arxasınca düşüb. Həmin şəxsin Atatürkün xatirəsini təhqir etməkdə ittiham olunacağı gözlənir.

Atatürk 1919-1923-cü illər müstəqillik müharibəsi nəticəsində Türkiyə ərazisini işğalçı Avropa qüvvələrindən geri alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyub. O, Türkiyəni Osmanlı imperiyasının söykəndiyi şəriət qaydalarından uzaqlaşdıraraq dünyəvi dövlət qurub.

Türkiyənin hər yerində Atatürk-ün sitatlarını görmək mümkündür. Onu təhqir etməyə görə Türkiyə Cinayət Məcəlləsi 3 ilədək cəza nəzərdə tutur. İndiyədək həmin 301-ci maddəylə 6 minədək adam cəzalandırılıb. Ancaq "The Times" yazır ki, 10 il öncə Atatürkü tənqid etmək heç ağla gəlməzdi. İndiysə belə hallara daha tez-tez rast gəlinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.