Dünya

Mançesterdəki terrora görə daha üç nəfər həbs edildi

24 May 2017 16:19
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mançesterdə konsertdə partlayışla əlaqədar daha üç nəfər həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Mançesterin polisi məlumat verib.

Bununla da istintaq müddətində nəzarət altına alınanların sayı dörd nəfərə çatıb. Həbs olunanlardan biri terrorçu-kamikadze olduğu iddia edilən Salman Abedinin qardaşıdır.

Ümumiyyətlə, partlayışda əlinin olması şübhəsi ilə 23 yaşlı şəxs həbs edilib. O, Mançesterin cənubundakı Çorltonda saxlanılıb.

Xatırladaq ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Mançester polisi partlayışın törədilməsində 22 yaşlı yerli sakin Salman Abedini şübhəli bilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Mançesterdə dünyaya gəlib, valideynləri isə Liviyadan Böyük Britaniyaya köçüblər.

Böyük Britaniya mətbuatının yazdığına görə, partlayışdan bir müddət əvvəl Abedi Liviyadan İngiltərəyə gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.