Dünya

Roma Papası Trampa nə hədiyyə etdi?

24 May 2017 15:01
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası I Fransisk Vatikana səfər etmiş ABŞ Prezidenti Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Roma Papası hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib.

Öz növbəsində, D.Tramp I Fransiskə Martin Lüter Kinqə həsr olunmuş kitabın xüsusi nəşrini hədiyyə edib.

Qeyd edək ki, Vatikana səfəri çərçivəsində D.Tramp Roma Papası ilə bağlı qapılar arxasında görüşüb. 30 dəqiqə davam etmiş görüşün təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.