Dünya

Miqrantları daşıyan gəmi batdı - 31 ölü - YENİLƏNİB

24 May 2017 18:28
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:28

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 31 miqrant həlak olub.

Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.

---------

14:52

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Nəticəsə 20 nəfər həyatını itirib. Qayıqda 200-dən çox miqrantın olduğu bildirilir. İtaliya sahil təhlükəsizlik qrupları axtarış-xialsetmə işləri üçün kömək istəyib.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri davam edir.

BMT-nin məlumatlarına görə, bu ilin ilk dörd ayında Aralıq dənizində 1300-dən çox qaçqın ölüb

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.