Dünya

6 uşaq anası Facebook-da tanış olduğu kişi ilə qaçdı

24 May 2017 14:13
10 Şərh     Baxış: 7 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə 6 uşaq anası Facebook-da tanış olduğu kişi ilə intim münasibətdə olmaq üçün ən böyüyü 14, ən kiçiyi 3 yaşındakı uşaqlarını ataraq Avstraliyaya qaçıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 43 yaşındakı ananın qaçdığı kişidən yeddinci uşağa hamilə olduğu məlum olub.

Uşaqların evdə tək qaldığı isə nənələrinə ac olduqlarını söyləmələri ilə ortaya çıxıb. Nənə polisə xəbər verib və polislər evdə qalan uşaqları sorğu-saul ediblər.

Avstraliyada 6 həftə qalmağı planlaşdıran qadın polisin "geri dön" çağırışını rədd edib.

Ölkəsinə qayıtdıqdan sonra məhkəməyə çıxarılan qadın 6 aylıq həbs cəzasına məhkum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.