Dünya

15 yaşlı qız telefona görə ata qatili oldu

24 May 2017 11:10
3 Şərh     Baxış: 2 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərində, Bayraqlı mahalında, 15 yaşlı Ö. iddialara görə mübahisə etdiyi 42 yaşlı  atası Faruk Dədəni qarınından bıçaqlayıb. Dədə çatdırıldığı xəstəxanada həyatını itirib.

Hadisə gecə saatlarında Əmək Məhəlləsindəki bir evdə baş verib.

Milli.Az Hüriyet-ə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Yeliz A. (36) və qızı Ö ilə birlikdə yaşayan Faruk Dədə gecə saatlarında evə gəlib. İddialara görə, içkili olan Dədə qızının əlindəki telefonu almaq istəyib. Lakin telefonunu vermək istəməyən Ö. atası ilə mübahisəyə başlayıb..

Mübahisənin böyüməyindən sonra Ö. əlinə keçən bıçağı Dədənin qarınına batırıb. 

Dünyasını dəyişən Dədənin cəsədi prokurorluğun yoxlanışından sonra meyitxanaya aparılıb. 

Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.