Dünya

Hindistan ordusu Pakistana HÜCUM ETDİ

23 May 2017 18:59
0 Şərh     Baxış: 2 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın hərbi qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan zonasında hərbi düşərgələri raket zərbələri ilə hədəf alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Hindistan ordusunun sözçüsü Aşok Narula deyib.

"Terrorla mübarizə əməliyyatları çərçivəsində qüvvələrimiz nəzarət məntəqəsindən sonra cavab tədbirləri görməkdədir. Terrorçuları dəstəkləyən Pakistan ordusu cəbhədə təxribat həyata keçirir", - ordu rəsmisi bildirib.

Pakistan tərəfi isə səsləndirilən iddiaların əsassız olduğunu bildirib.

Qeyd edək ki, Kəşmir də daxil olmaqla, bir sıra ərazilər hələ də Hindistan və Pakistan arasında mübahisə mövzusudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.